ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini yaxın vaxtlarda nizamlayacağına söz verib

Digər ölkələr
  • 10 oktyabr, 2026
  • 07:12
ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsini yaxın vaxtlarda nizamlayacağına söz verib

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin yaxın vaxtlarda nizamlanmasına nail olacağına ümid etdiyini bildirib.

"Report" xəbər verir ki, o, bu barədə Nyu-York ştatının Siraküz şəhərində tərəfdarları ilə görüşündə danışıb.

"İranla münaqişənin və Rusiya ilə Ukrayna arasındakı müharibənin nizamlanmasına və ya bu münaqişələrdə qələbə qazanmağa yaxınam", - Tramp deyib.

ABŞ lideri Rusiya-Ukrayna münaqişəsinin qısa müddətdə həll ediləcəyinə əminliyini ifadə edib.

"Biz buna nail olacağıq. Rusiya və Ukrayna məsələsini həll edəcəyik, özü də tezliklə", - ABŞ Prezidenti vurğulayıb.

44 - Tezliklə