Saudi Aramco noyabrda Avropaya neft tədarükünü tam həcmdə bərpa edəcək

Digər ölkələr
  • 10 oktyabr, 2026
  • 08:55
Saudi Aramco noyabrda Avropaya neft tədarükünü tam həcmdə bərpa edəcək

Səudiyyə Ərəbistanının neft-qaz şirkəti Saudi Aramco "Şərq-Qərb" boru kəmərinin fəaliyyətinin bərpasından sonra noyabr ayında Avropa alıcılarının neft tədarükü ilə bağlı sifarişlərini tam həcmdə yerinə yetirməyi planlaşdırır.

"Report"un "Bloomberg"ə istinadən məlumatına görə, bu barədə vəziyyətlə tanış olan mənbələr bildirib.

Onların sözlərinə görə, boru kəməri ilə neft nəqlinin bərpası şirkətə Avropadakı müştərilərini sifariş etdikləri həcmdə xammalla təmin etməyə imkan verəcək.

Qeyd edək ki, sentyabrın 11-də Səudiyyə Ərəbistanında "Şərq-Qərb" neft kəməri Mədinə və Ər-Riyad yaxınlığında bir neçə pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Bildirilirdi ki, dronlar İraq ərazisindən buraxılıb. Hücumdan sonra boru kəməri ilə neft nəqli dayandırılıb.