Azərbaycan manatının effektiv məzənnələri iyulda artıb

Maliyyə
  • 27 avqust, 2022
  • 09:34
Azərbaycan manatının effektiv məzənnələri iyulda artıb

Bu ilin avqust ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 94,4 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,5 bənd, ilin əvvəlinə nisbətən 9 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 bənd çoxdur.

Bu ilin iyul ayının sonuna manatın real effektiv məzənnəsi isə 117,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,9 bənd, ilin əvvəlinə nisbətən 3,6 bənd, illik müqayisədə isə 14,5 bənd çoxdur.