Azərbaycan manatının dövretmə sürəti azalıb
- 30 yanvar, 2020
- 13:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvarın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,48 faiz bəndi təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 0,29 faiz bəndi, 2019-cu ilin yanvarın 1-nə nisbətən 0,97 faiz bəndi azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 faiz bəndi təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 faiz bəndi) qeydə alınıb.
Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir.