Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb

Maliyyə
  • 26 avqust, 2023
  • 09:55
Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb

Bu il avqustun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,8 bənd təşkil edib.

Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.

Bu göstərici 2023-cü ilin iyulun 1-i ilə müqayisədə 0,04 bənd az, yanvarın 1-i ilə müqayisədə 0,73 bənd az, ötən il avqustun 1-nə nisbətən isə 1,04 bənd azdır.

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.