Azərbaycan manatının dövretmə sürəti artıb

Maliyyə
  • 26 fevral, 2022
  • 07:48
Azərbaycan manatının dövretmə sürəti artıb

Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,81 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 0,92 bənd, ötən il fevralın 1-nə nisbətən isə 0,96 bənd çoxdur.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.