Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 16 %-dək artıb

Maliyyə
  • 01 aprel, 2023
  • 08:42
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 16 %-dək artıb

Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 milyard 347,1 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,4 %, ilin əvvəlinə nisbətən 0,8 %, 2022-ci ilin martın 1-i ilə müqayisədə 15,7 % çoxdur.

Kredit qoyuluşunun 15 milyard 828,3 milyon manatı və yaxud 77,8 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 15,9 % çoxdur.

Hesabat dövrünə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 929,1 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 13,4 % çoxdur. Dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,7 %-dən 19,3 %-ə enib.

Bu il fevral ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 589,6 milyon manat olub. Bu, illik müqayisədə 28 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,6 %-dən 2,9 %-a çatıb.

Azərbaycanda 25 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55 təşkil edir.

44 filmi