Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 10 % artıb

Maliyyə
  • 09 sentyabr, 2026
  • 11:13
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 10 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 12 milyard 677,8 milyon manat investisiya yönəldilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10 % çoxdur.

O cümlədən, son 1 ildə neft-qaz sektoruna investisiya qoyuluşu 32,4 % artaraq 4 milyard 246,7 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 1,4 % artaraq 8 milyard 431,1 milyon manat təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyalar məhsul istehsalı sahələri üzrə real ifadədə 19,6 % artaraq 7 milyard 40,7 milyon manat, xidmət sahələri üzrə real ifadədə 0,7 % azalaraq 3 milyard 850,6 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyalar isə real ifadədə 1,8 % artaraq 1 milyard 786,5 milyon manat olub.

44 filmi