Azərbaycan BOKT-u illik 12%-lə, 1 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 02 iyun, 2022
  • 13:36
Azərbaycan BOKT-u illik 12%-lə, 1 milyon manatlıq istiqraz buraxır

Bu gün "Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "TBC Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 12%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Qiymətli kağızlar iyunun 7-də birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.