Azərbaycan BOKT-larının xalis mənfəəti 61 % artıb
- 19 aprel, 2023
- 12:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I rübünü 11,6 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 61,1 % çoxdur.
Yanvar-mart aylarında BOKT-ların gəlirləri 37,9 milyon manat (illik müqayisədə 48 % çox), xərcləri 23,5 milyon manat (39,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat (46,2 % çox), mənfəət vergisi ödəmələri isə 0,9 milyon manat (80 % çox) təşkil edib.
Bu il aprelin 1-nə BOKT-ların aktivləri 545,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 31,3 % çoxdur. Bunun 422,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 37,1 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 40,1 % artaraq 331,1 milyon manata, balans kapitalı isə 19,6 % artaraq 214,4 milyon manata çatıb.