Azərbaycan banklarına qoyulan əmanətlər 11 %-dən çox artıb
- 26 iyul, 2024
- 07:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il iyulun 1-nə Azərbaycan banklarının depozit portfeli 38 milyard 212,9 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2 % çox, ilin əvvəlinə nisbətən 3,4 % çox, illik müqayisədə isə 10,7 % çoxdur.
Bunun 55,1 %-i, yaxud 21 milyard 051 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 9,1 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 11,2 % artaraq 14 milyard 180,7 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 20,5 % artaraq 2 milyard 981,2 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 23 milyard 022 milyon manatı (il ərzində 1,5 % artıb) qısamüddətli, 15 milyard 190,9 milyon manatı (28,3 % artıb) isə uzunmüddətli olub.
Ölkədə 22 bank fəaliyyət göstərir.