Azərbaycan bankının səhmlərinin qiyməti nominal dəyərini 11 % üstələyib

Maliyyə
  • 11 mart, 2025
  • 17:31
Azərbaycan bankının səhmlərinin qiyməti nominal dəyərini 11 % üstələyib

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) "Bakı Fond Birjası" QSC-də ticarət olunan səhmlərinin qiyməti 30 qəpiyə çatıb ki, bu da qiymətli kağızlarının nominal dəyərindən 11,1 % çoxdur.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Bahalaşmaya dividend ödənişlərinin yaxınlaşması səbəb ola bilər. Ötən il ABB-nin səhmlərinin gəlirliliyi 15,1 % təşkil edib.

44 - Tezliklə