"AXA-Mbask" sığorta şirkətinin aktivləri azalıb
- 30 avqust, 2017
- 08:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 avqust. REPORT.AZ/ “AXA-Mbask” ASC-nin cəmi aktivləri bu ilin əvvəlindən 5,82% azalaraq iyulun 1-nə 36,062 mln. manat təşkil edib.
“Report” bu barədə şirkətin yarımillik maliyyə hesabatına istinadən xəbər verir.
İlk yarımillikdə uzunmüddətli aktivlər 3,77% artaraq 9,233 mln. manata, qısamüddətli aktivlər 8,73% azalaraq 26,829 mln. manata çatıb.
Şrikətin cəmi öhdəlikləri 10% azalaraq iyulun 1-nə 16,480 mln. manata enib. Uzunmüdətli öhdəlikləri 12,72% azalaraq 15,329 mln. manat, qısamüddətli öhdəlikləri 53,84% artaraq 1,151 mln. manat təşkil edib.
Bu müddətdə şirkətin cəmi kapitalı 1,99% azalaraq 19,582 mln. manat olub.
Birinci yarımillikdə şikətin cəmi gəlirləri 13,748 mln. manat, cəmi xərcləri 14,193 mln. manat təşkil edib. Beləliklə, bu ilin birinci yarısında şirkətin maliyyə zərəri 445,2 min manat olub.
Xatırladaq ki, "AXA-Mbask" 1992-ci ildə "Mbask" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib.