"Atra Bank"ın daşınmaz əmlakı hərraca çıxarılır

Maliyyə
  • 15 aprel, 2022
  • 11:19
Atra Bankın daşınmaz əmlakı hərraca çıxarılır

Mayın 11-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Atrabank" ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Gəncə şəhəri, Nizami rayonu, Mirzə Ələkbər Sabir küçəsi, 16 ünvanında yerləşən 120,2 kv.m.-lik fərdi yaşayış sahəsindən gedir. Əmlaka 150 min manat qiymət qoyulub.

44 - Tezliklə