"Asel Kredit" BOKT-un xalis mənfəəti 33% artıb
- 15 iyun, 2020
- 05:56
Yeniliklərdən dərhal xəbərdar olun!
"Asel Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 32 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə təxminən 33% çoxdur.
Ötən il "Asel Kredit"in vergiyəqədərki mənfəəti 40 min manat (əvvəlki ilə nisbətən 44,2% çox), mənfəət vergisi ödəmələri isə 8 min manat (2,4 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Asel Kredit"in aktivləri 8,6 milyon manat olub ki, bu da illik müqayisədə 5,4% çoxdur. Bunun 3,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 1,8% kiçilib.
Hesabat dövründə "Asel Kredit"in öhdəlikləri 25,6% azalaraq 5,2 milyon manata düşüb, balans kapitalı isə 3 dəfə artaraq 3,3 milyon manata, o cümlədən nizamnamə kapitalı 3,75 dəfə artaraq 3 milyon manata çatıb.
Xatırladaq ki, "Asel Kredit" 2011-ci ildə yaradılıb.