ASA-nın sədri: Mediasiya institutunu sığorta bazarına gətirməyə çalışırıq

Maliyyə
  • 06 mart, 2018
  • 13:34
ASA-nın sədri: Mediasiya institutunu sığorta bazarına gətirməyə çalışırıq
ASA-nın İdarə Heyətinin sədri Mustafa Abbasbəyli
Report/ Elshan Baba

Bakı. 6 mart. REPORT.AZ/ "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və sığorta şirkətləri arasında sektorun investisiya qaydaları müzakirə olunur. Sığorta şirkətlərinin investisiya alətlərinin sayının artmasına çalışırıq.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ASA-nın İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib. 

“Sığorta şirkətləri qiymətli kağızlar bazarının ən geniş iştirakçılarından biridir. Amma şirkətlər çalışırlar və çox maraqlıdırlar ki, alternativ investisiya alətləri olsun”, - deyə o qeyd edib. 

O həmçinin bildirib ki, hazırda "Mediasiya haqqında" qanunun qəbulu müzakirə obyektidir: "Bunu sığorta bazarına gətirməyə çalışırıq. Məqsəd mübahisə tərəfləri arasında narazılığın danışıqlar yolu ilə həllinə nail olmaqdır. Sığorta bazarındakı narazılıqların əsas səbəblərindən biri də mübahisələrin olması və uzun zaman davam etməsidir. Bunun müddətini qısaltmağa, ədalətli həllinə çalışırıq. Bu, dünyadan götürülmüş təcrübədir, sığorta bazarında geniş istifadə olunur. Azərbaycanda sığorta mübahisələri qısa müddətdə həll olunmalıdır ki, sığorta bazarı inkişaf etsin. Hazırda mediasiya haqqında qanunun qəbulu müzakirə olunur. İlin sonuna qədər məsələnin həllini tapması gözlənilir". 

44 filmi