Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Komanda
  • 20 fevral, 2023
  • 09:46
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Federasiyadan "Report"a verilən məlumata görə, kişilər arasında Yüksək Liqanın IX turu fevralın 22-də baş tutacaq.

Saat 16:00-da “Murov” - “Xarı bülbül”, ardınca isə "Neftçi" - MOİK görüşünə start veriləcək.

Fevralın 23-də qadınların yarışında III dövrənin son matçları keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq IX turun ilk oyunu saat 16:00-da “Murov” və “Abşeron” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra “Azərreyl” - UNEC dueli başlayacaq.