"Neftçi" ABŞ-dən olan basketbolçu Zakeriya Hiksi heyətinə qatıb

Komanda
  • 17 sentyabr, 2026
  • 11:32
Neftçi ABŞ-dən olan basketbolçu Zakeriya Hiksi heyətinə qatıb

"Neftçi" heyətinə yeni basketbolçu cəlb edib.

Bu barədə "Report"a klubdan məlumat verilib.

ABŞ-dən olan oyunçu Zakeriya Hiks ilə 1 illik müqavilə imzalayıb.

23 yaşlı hücumçu karyerası ərzində NCAA-da "Temple Owls" və "Penn State Nittany Lions" komandalarının şərəfini qoruyub.

Z.Hiks peşəkar səviyyədə İspaniyanın "UCAM Murcia" klubunda, son olaraq isə NBA G Liqasında "South Bay Lakers" komandasında çıxış edib.