"Ziraat Bank Azərbaycan"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə
- 13 oktyabr, 2026
- 10:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 30-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Ziraat Bank Azərbaycan" ASC-nin 30 milyon manatlıq istiqrazlarının 15 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 150 000 ədəd istiqraz abunə yazılışı üsulu ilə yerləşdiriləcək və 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Son xəbərlər
11:41
Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Sənaye
11:40
Ötən gün axtarışda olan 129 nəfər tutulub
Daxili siyasət
11:40
Azərbaycandakı bankların vaxtı keçmiş kreditlərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
11:30
Məlahət İbrahimqızı: Azərbaycançılıq ideologiyası yalnız keçmişə bağlılıq deyil, həm də gələcəyə baxışdır
Daxili siyasət
11:27
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Hadisə
11:20
Azərbaycandakı bankların kredit portfelinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
11:16
İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir
Digər ölkələr
11:08
Azərbaycan əhəng istehsalını 77 % artırıb
Sənaye
11:00
Azərbaycandakı bankların qiymətli kağızlara investisiyalarının məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə