Azərbaycanın gənc cüdoçuları Avropa kubokunda 2 medal qazandı
Komanda
- 03 iyul, 2021
- 21:39
Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirin ilk günü cüdoçularımız 2 medal qazanıblar.
60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bütün görüşləri qalib başa vuraraq, qızıl medala sahib olub. Daha bir təmsilçimiz Nəriman Mirzəyev (66 kq) isə bürünc medal qazanıb.
Beləliklə, gənclərdən ibarət milli komandamız Koimbra turnirinin ilk günündə aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.
Qeyd edək ki, Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışır.
Son xəbərlər
06:21
Rusiya ordusu Ukraynaya hava zərbələri endirib
Digər ölkələr05:51
Tramp: Neft şirkətləri Britaniyada hasilatın artırılmasını istəyir
Digər ölkələr05:51
Qeşm adasında xilasetmə işləri aparılır - YENİLƏNİB
Region05:23
Yeni Zelandiyanın Kermadek arxipelaqı sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr04:55
Tramp seçki pozuntuları barədə məlumatların açıqlanmasını gözləyir
Digər ölkələr04:46
CENTCOM İrana zərbələr endirildiyini təsdiqləyib - YENİLƏNİB
Digər ölkələr04:23
Rumıniya hakimiyyəti elektrik enerjisinə qənaət etməyə çağırıb
Digər ölkələr03:54
FES rəhbəri inflyasiyanı 2% səviyyəsinə qaytarmaq istəyir
Digər ölkələr03:17