Faiq Qarayev: “Federasiya ölkə çempionatlarını gücləndirmək istəyir”

Komanda
  • 23 oktyabr, 2023
  • 12:40
Faiq Qarayev: “Federasiya ölkə çempionatlarını gücləndirmək istəyir”

"Federasiya gələn il klubları və ölkə çempionatlarını daha da gücləndirmək istəyir".

"Report"un məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev ölkə çempionatlarının püşkatma mərasimində deyib.

O, Azərbaycan millisinin də gələcəkdə daha uğurlu nəticələr əldə edəcəyinə inandığını bildirib.

Qarayev çempionatlarda yeni komandaların iştirakının sevindirici hal olduğunu vurğulayıb.

44 - Tezliklə