Azərbaycanın voleybol millisinin baş məşqçisi: "Güclü komandalarla oynamaq bizə böyük təcrübə oldu"

Komanda
  • 06 oktyabr, 2025
  • 22:52
Azərbaycanın voleybol millisinin baş məşqçisi: Güclü komandalarla oynamaq bizə böyük təcrübə oldu

Güclü komandalarla mübarizə aparan voleybolçularımın gələcəyinə inamım çoxdur.

Bunu "Report"un Qərb bürosuna Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisinin baş məşqçisi Cahangir Seyed Abbasi bildirib.

"Təəssüflər olsun ki, rəqiblərimiz Türkmənistan və Tacikistan bu yarışa gəlmədilər. Ona görə oyunlar dairəvi şəkildə keçirildi. Əslində, biz Belarus, Rusiya və Özbəkistanla heç oynamamalıydıq. Belə olduğuna görə onlarla oynadıq. Təəssüf ki, məğlub olaraq dördüncü yerdə qərarlaşdıq. Yenə də ruhdan düşməməliyik. Güclü rəqiblərlə oynamışıq. Bu cür komandalarla oynamaq bizə böyük təcrübə oldu. Uşaqlar dərs çıxarmalı, öyrənməlidirlər. Komandamızın ilk beynəlxalq yarışı idi. 15-16 ay öncə voleybol oynamağa başlayan idmançılar belə oyun sərgilədilər. Bu səbəbdən bu uşaqların gələcəyinə inanıram", - baş məşqçi deyib.

Xatırladaq ki, Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisi lll MDB Oyunlarında sonuncu qarşılamada Belarus millisinə 1-3 hesabı ilə məğlub olub.

Son xəbərlər

Bütün Xəbər Lenti