Azərbaycanın basketbol millisi hazırlıq oyununda məğlub olub

Komanda
  • 20 iyun, 2024
  • 11:02
Azərbaycanın basketbol millisi hazırlıq oyununda məğlub olub

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirən 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi hazırlıq oyunu keçirib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yığma Gürcüstanın U-18 kollektivi ilə üz-üzə gəlib.

Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik ediyi komanda rəqibinə 67:73 hesabı ilə uduzub

Qeyd edək ki, millimiz təlim-məşq toplanışında daha bir neçə yoxlama oyunu keçirəcək.