Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Sabah”ı məğlub edib

Komanda
  • 28 fevral, 2025
  • 20:54
Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Sabah”ı məğlub edib

Azərbaycan Basketbol Liqasının XV turunda “Naxçıvan” “Sabah”ı məğlub edib.

“Report” xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun qarşılaşması Naxçıvan klubunun 85:82 hesablı qələbəsi ilə yekunlaşıb.

Tura sabah, “Şəki” - “Lənkəran” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, XV turun daha əvvəl baş tutan görüşlərində “Neftçi” “Abşeron”u 80:56, "Ordu" "Quba"nı 103:68, “Gəncə” “Sumqayıt”ı 90:81, “Sərhədçi” isə NTD-ni 84:83 hesabı ilə məğlub edib.