Avropa çempionatı: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

Komanda
  • 26 avqust, 2026
  • 20:06
Avropa çempionatı: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

Azərbaycan millisi Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda ilk məğlubiyyətini alıb.

"Report"un məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu komanda IV turda Belçikaya uduzub.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:19, 25:22, 25:23).

Azərbaycan millisi 8 xalla C qrupunda 3-cü pillədə qərarlaşıb. Belçika 11 xalla 1-ci, 8 xalı olan Niderland ikincidir. Portuqaliyanın 3, Rumıniyanın 2, İspaniyanın 1 xalı var.

Xatırladaq ki, C qrupunun qarşılaşmaları avqustun 28-dək Bakıda təşkil olunacaq.