"Avirtel" yeni kampaniyaya başlayır

İqtisadiyyat
  • 19 fevral, 2016
  • 15:22
Avirtel yeni kampaniyaya başlayır

Bakı. 19 fevral. REPORT.AZ/ Ölkənin İKT şirkətlərindən biri olan "Avirtel" öz internet abunəçiləri üçün yenilik edib. Şirkətdən "Report"a verilən məlumata görə, "İkiqat sürət", "Qənaətli Internet" kampaniyalarından sonra bahar bayramları ərəfəsində başlatdığı “Bahar kampaniyası” ilə şirkət kampaniya çərçivəsində xidmətə qoşulan abunəçilərinə bir il ərzində internet xərclərini azaltmağa yardım edəcək. 

Belə ki, 1-19 mart tarixlərində "Avirtel"in "ADSL" və ya "Fiber Optik" internet xidmətlərinə qoşulan abunəçilər ən sərfəli şərtlər və endirimli qiymətlərlə yüksək sürət əldə edəcəklər. Kampaniya çərçivəsində 5Mbit sürət 12.90 AZN, 7 Mbit sürət isə 15.90 AZN-ə təqdim olunur.

Əlavə olaraq, bir neçə ay öncədən internet ödənişini həyata keçirən şəxslər ikinci endirimi də əldə edə biləcək. 6 ay öncədən ödəmə edən şəxslərə 1 ay, 10 ay öncədən ödəmə edən şəxslərə isə 2 ay pulsuz internet şirkət tərəfindən hədiyyə olunur.