Sumqayıt Kimya Sənaye Parkı tender elan edib
İnfrastruktur
- 17 dekabr, 2015
- 13:43
Bakı. 17 dekabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin "Sumqayıt Kimya Sənaye Parkı" MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində xarici yağış suyu şəbəkəsinin tikintisi işlərinin satın alınması üçün təkliflər sorğusu keçirir. "Report"un məlumatına görə, tender üçün son tarix 25 dekabr müəyyən edilib.
Məlumata görə, tenderdə iştirak etmək istəyən iddiaçılar lazım olan digər sənədlərlə yanaşı, vergilərə və digər icbari ödənişlərlə bağlı vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış təqdim etməlidir.
Qeyd edək ki, iddiaçı təklifləri dekabrın 28-i saat 17:00-da "Sumqayıt Kimya Sənaye Parkı"nın Bakı şəhəri Xocalı prospekti,37 ünvanında yerləşən "Demirchi Tower"də yerləşən ofisində açılacaq.
Son xəbərlər
08:32
ABŞ-də "Black Hawk" hərbi helikopteri sərt eniş edib
Digər ölkələr08:29
Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq həbs edilib
Region08:19
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:06
ABŞ-da ailə münaqişəsi 8 nəfərin ölümü ilə nəticələnib
Digər ölkələr07:46
Reuters: ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə energetikası üzrə sazişi Konqresə təqdim edib
Digər ölkələr07:13
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Energetika06:50
Bloomberg: ABŞ Kanadaya qarşı əlavə ticarət məhdudiyyətləri tətbiq edə bilər
Digər ölkələr06:18
Kuba XİN rəhbəri ABŞ-ı "bütöv bir xalqı boğmağa" çalışmaqda ittiham edib
Digər ölkələr05:44