ABŞ-də "Black Hawk" hərbi helikopteri sərt eniş edib

Digər ölkələr
  • 26 avqust, 2026
  • 08:32
ABŞ-də Black Hawk hərbi helikopteri sərt eniş edib

ABŞ-ın Kolorado ştatının Gilpin dairəsində çərşənbə axşamı "Black Hawk" hərbi helikopteri sərt eniş edib.

"Report"un məlumatına görə, bu barədə Gilpin dairəsi şerifinin idarəsi məlumat yayıb.

Qurumun məlumatına əsasən, hadisə Torodin dağının şərq tərəfində baş verib. Helikopterin göyərtəsində 4 nəfər olub.

Hadisə nəticəsində xəsarət alanların olduğu, yanacaq sızması və ya yanğın baş verdiyi barədə məlumat daxil olmayıb. Təcili yardım xidmətləri hadisə yerində fəaliyyət göstərir.

"ABC News"un yerli bölməsi hərbçilərə istinadən bildirib ki, hadisə təlim uçuşu zamanı baş verib. Telekanalın hadisə yerindən yayımladığı görüntülərdə helikopterin pərlərinin qırıldığı və gövdəsinin zədələndiyi görünür. Hadisənin səbəbləri hələlik məlum deyil.