Sabah Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında hərəkət qismən məhdudlaşdırılacaq

İnfrastruktur
  • 25 aprel, 2016
  • 13:27
Sabah Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Bakı. 25 aprel. REPORT. AZ/ Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rəglənməsi, zəruri olan yerlərdə isə əyri xətli dəmir tirlərin dəyişdirilməsi işləri aparılacaq.

Bu barədə "Report"a "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən bildirilib. 

Məlumata görə, işlər aprelin 26-da, səhər saat 10:00-dan başlanacaq və axşam saat 17:00-dək davam edəcək. Bu müddət ərzində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Adıçəkilən avtomobil yollarında sıxlığın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər. 

44 filmi