​Gəncə və Şəkinin elektron xəritələri yaxın bir ilə hazır olacaq

İnfrastruktur
  • 14 avqust, 2015
  • 07:28
​Gəncə və Şəkinin elektron xəritələri yaxın bir ilə hazır olacaq

Bakı. 14 avqust. REPORT.AZ/ Gəncə və Şəki şəhərlərinin elektron xəritələrinin hazırlanması prosesi 2016-cı ilin birinci yarısında yekunlaşacaq. Bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

"Report"un məlumatına görə, Komitə rəsmisi hazırda ölkənin 53 şəhər və rayonunun sadə kadastrının hazırlandığını deyib.

"Bütün ölkəni əhatə edən mükəmməl kadastr bazasının yaradılmasını 2018-ci ildə yekunlaşdırmağı düşünürük", - deyə R.Cəlilov qeyd edib.

44 - Tezliklə