​Çexiya şirkəti Bakı-Tiflis-Qars dəmir yolunda təmir aparacaq

İnfrastruktur
  • 23 dekabr, 2014
  • 08:35
​Çexiya şirkəti Bakı-Tiflis-Qars dəmir yolunda təmir aparacaq

Bakı. 23 dekabr. REPORT.AZ/ Çexiyanın "Trinecke Jelezarni" (Třinecké Železárny) şirkəti Bakı-Tiflis-Qars dəmir yolu xəttinin inşası layihəsi çərçivəsində yolun bir həssəsinin yenidən qurulmasını həyata keçirəcək.

"Report"un Çexiyanın "Çianyus" agentliyinə istinadən verdiyi xəbərə görə, artıq bununla bağlı müvafiq müqavilə imzalanıb. Müqavilənin ümumi dəyəri 1,7 mlrd. Çexiya kronu (59,2 mln. manat) təşkil edir. 

Çexiya şirkətinin rəsmisi Petra Yuraskova (Petra Jurásková) məsələni təsdiq edib və bildirib ki, müqaviləyə əsasən, 600 km-dən artıq məsafədə dəmir yolu təmir ediləcək.

44 - Tezliklə