BMT nümayəndəsi: Xəzər dənizində suyun səviyyəsi hər il 6 sm azalır

İnfrastruktur
  • 19 may, 2026
  • 16:24
BMT nümayəndəsi: Xəzər dənizində suyun səviyyəsi hər il 6 sm azalır

Xəzər dənizində suyun səviyyəsi hər il 6 sm azalır.

"Report" xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Baş katibin köməkçisi və icraçı direktorun müavini Elizabet Maruma Mrema Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlim dəyişikliyinə davamlı şəhərlər və icmalar Şəhər adaptasiyası üçün iqlim maliyyələşdirməsinin təmin edilməsi" adlı sessiyada deyib.

Onun sözlərinə görə, buna səbəb yalnız iqlim dəyişikliyi deyil:

"Şəhərlərin salınması da su böhranına gətirib çıxarır. Suyun azalması iqtisadiyyata, balıqçılığa, əhalinin aztəminatlı təbəqəsinə təsirsiz ötüşmür. Bunların hamısı bir regionun iqtisadiyyatının tərkib hissəsi olaraq inkişafı ləngidir".