Bakı sakinlərinin ərzaq məhsulları xərci 7% artıb

İnfrastruktur
  • 01 aprel, 2020
  • 07:08
Bakı sakinlərinin ərzaq məhsulları xərci 7% artıb

Bu ilin yanvar-fevral aylarında Bakının ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% artaraq 3 249,9 milyon manat olub.

“Report”un Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri illik müqayisədə 6,7% artaraq 1 535,6 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 5,1% artaraq 1 714,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 34%-i hüquqi şəxs statuslu müəssisələrdə, 19,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 46,2%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

44 - Tezliklə