Azərbaycanda ötən il binaların söküntü xərci 46 %-dən çox artıb

İnfrastruktur
  • 13 oktyabr, 2026
  • 17:24
Azərbaycanda ötən il binaların söküntü xərci 46 %-dən çox artıb

2025-ci ildə Azərbaycanda binaların sökülməsi ilə bağlı işlərin dəyəri 205 milyon 947,9 min manat təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 46,4 % çoxdur.

Hesabat dövründə tikinti sahəsinin hazırlanması ilə bağlı işlərin dəyəri 246 milyon 970,6 min manat, kəşfiyyat qazıntı – 380 milyon 538,7 min manat olub. Bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə müvafiq olaraq 6,5 % az və 1,2 % çoxdur.

Ötən il ölkədə həmçinin 618 milyon 92 min manatlıq (1 il əvvələ nisbətən 6,2 % çox) elektrik quraşdırma işləri, 298 milyon 860 min manatlıq (16,6 % az) sanitar-texniki işlər, istilik və havanın kondisiyalandırılması sistemlərinin quraşdırılması işləri, 132 milyon 319 min manatlıq (40 % çox) suvaq işləri, 158 milyon 380 min (65 % çox) manatlıq xarratlıq və dülgərlik işləri, 48 milyon 298 min manatlıq (23,2 % çox) döşəmə örtüyünün qurulması və divara örtüyün çəkilməsi işləri, 26 milyon 324 min manatlıq (51,4 % çox) rəngləmə və şüşə salma işləri həyata keçirilib.

2025-ci ildə tikintilərdə 1 min 882 ədəd (8,4 % çox) ekskalator, 635 ədəd (2,4 % çox) buldozer və 511 (5,8 % çox) ədəd qreyderdən istifadə edilib.

44 - Tezliklə