AMB kreditlərdə xalis gəlirin 5 misli ilə məhdudlaşdırmanın nəticələrini açıqlayıb

Maliyyə
  • 13 oktyabr, 2026
  • 18:37
AMB kreditlərdə xalis gəlirin 5 misli ilə məhdudlaşdırmanın nəticələrini açıqlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) izafi borclanmanın qarşısının alınması məqsədi ilə apardığı requlyativ təkmilləşdirmə (borcalanın kredit kartının onun vergidən sonrakı xalis gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılması) nəticəsində son 1 ildə kredit kartlarının istifadə olunmuş hissəsi 179 milyon manat, istifadə olunmamış hissəsi 172 milyon manat azalıb.

"Report" xəbər verir ki, bu barədə AMB-nin yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, son 1 ildə kredit kartlarının sayı 3,5 % (74 min vahid) azalıb.

"Kredit kartlarının sayında və mövcud kredit kartlarının istifadə olunmamış hissəsində azalma əhalinin izafi borclanmasının qarşısını alaraq məsuliyyətli və sağlam borclanmanı şərtləndirib", - deyə hesabatda qeyd olunub.