"Tasnim": İranın cənub-şərqindəki terrorçulara ağır zərbə endirilib

Region
  • 13 oktyabr, 2026
  • 19:00
Tasnim: İranın cənub-şərqindəki terrorçulara ağır zərbə endirilib

İranın cənub-şərqində terrorçu qruplaşmalara qarşı mübarizə gücləndirilib, bəzi silahlılar zərərsizləşdirilib, öldürülənlər də var.

"Report" "Tasnim"ə isitnadən xəbər verir ki, qruplaşmaların möhkəmləndiyi ərazilərə zərbələr endirilib.

İranın iddiasına görə, sözügedən dəstələr ABŞ və İsrail tərəfindən maliyyələşdirilir.

"Real döyüş meydanında təzyiq altında olan bu qruplaşmalar regional dəstəkçiləri və İsrail qarşısında öz zəifliklərini gizlətmək üçün informasiya müharibəsinə əl atıblar", - məlumatda bildirilib.

Daha əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ölkənin cənub-şərqindəki vəziyyətin hibrid müharibəyə doğru irəlilədini, ABŞ və bəzi ölkələrin buna dəstəyini əks etdirən sənədlərin əldə olunduğunu açıqlayıb.

44 - Tezliklə