Azərbaycan Qazaxıstanda keçirilmiş "Yeni İpək Yolu" forumunda təmsil olunub

İnfrastruktur
  • 02 oktyabr, 2025
  • 11:42
Azərbaycan Qazaxıstanda keçirilmiş Yeni İpək Yolu forumunda təmsil olunub

Azərbaycan Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Yeni İpək Yolu" VII Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumunda iştirak edib.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, beynəlxalq tədbirdə Azərbaycan nazir müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Beynəlxalq nəqliyyat əməkdaşlığının gücləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional logistika potensialının reallaşdırılması forumun əsas müzakirə mövzuları olub.

Forum çərçivəsində "Nəqliyyat əlaqəliliyi və nəqliyyat dəhlizlərinin sinxronizasiyası" mövzusunda panel iclas, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin VIII iclası təşkil edilib. Həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) ölkələrinin nümayəndə heyəti rəhbərlərinin görüşü keçirilib.

Beynəlxalq tədbirdə bir sıra mühüm sənədlər imzalanıb. Buraya TMTM marşrutu üzrə dəmir yolu seqmentində mövcud "dar boğazlar"ın aradan qaldırılması məqsədilə tədbirlər planı, Transxəzər marşrutu üzrə nümayəndə heyətlərinin görüşünə dair protokol, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin VIII iclasının yekunları ilə bağlı kommünike daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti