Niderlandın Baş naziri Aİ ölkələri tərəfindən Ukraynaya edilən yardımın çatışmazlığını bəyan edib

Digər ölkələr
  • 16 oktyabr, 2026
  • 11:56
Niderlandın Baş naziri Aİ ölkələri tərəfindən Ukraynaya edilən yardımın çatışmazlığını bəyan edib

Niderlandın Baş naziri Rob Yetten bildirib ki, Aİ-nin yalnız bir neçə ölkəsi Ukraynaya maliyyə və hərbi yardımı artırmağa hazırdır və o, Rusiya zərbələri və qışın yaxınlaşması fonunda avropalı tərəfdaşları Kiyevi daha fəal dəstəkləməyə çağırıb.

"Report"un Avropa bürosunun verdiyi məlumata görə, o, bu barədə gündəlikdəki əsas məsələnin Ukraynaya dəstək olduğu Aİ dövlət və hökumət başçıları sammitinin ikinci gününün başlanmasından əvvəl bildirib.

"Mən Ukraynaya maliyyə dəstəyi üçün əlavə vəsait ayırmağa həqiqətən hazır olan ölkələrin, eləcə də hərbi yardımı artırmaq niyyətində olanların sayından hələ razı deyiləm. Bu, çox vacibdir", - R.Yetten bildirib.

Baş nazir həmçinin Ukrayna və ABŞ münasibətlərindəki gərginlik fonunda Avropanı Kiyevə qeyd-şərtsiz dəstək nümayiş etdirməyə çağırıb. Onun sözlərinə görə, Vaşinqton da Ukraynanı dəstəkləməkdə maraqlıdır və Avropa ölkələri ABŞ-nin iştirakının qorunub saxlanmasına kömək etməlidir.

"Son il yarım ərzində biz ABŞ və Ukrayna arasındakı diplomatik münasibətlərdə dəfələrlə belə çətinlikləri görmüşük. Belə məqamlarda Avropa hər kəsin bu prosesə cəlb olunaraq qalmasına nəzarət etməlidir", - R.Yetten bildirib.

44 filmi