Kulberqs: Ukrayna xalqı canı ilə müharibənin bədəlini ödəyir, Avropa yardımı davam etdirməlidir

Digər ölkələr
  • 16 oktyabr, 2026
  • 12:07
Kulberqs: Ukrayna xalqı canı ilə müharibənin bədəlini ödəyir, Avropa yardımı davam etdirməlidir

Ukrayna Rusiyanın təcavüzünə qarşı müqavimət göstərərkən öz vətəndaşlarının həyatı bahasına mübarizə aparır. Avropa ölkələri Kiyevə maliyyə yardımı göstərir və bu dəstək davam etməlidir.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Latviyanın Baş naziri Andris Kulberqs gündəliyin əsas məsələsi Ukraynaya dəstək olan Aİ dövlət və hökumət başçılarının sammitinin ikinci gününün başlamasından əvvəl jurnalistlərə bildirib.

"Onlar bunu öz həyatları bahasına edirlər. Biz isə hələlik yalnız puldan istifadə edirik və bu pul zəruridir", - Kulberqs deyib.

Onun sözlərinə görə, qarşıdan gələn qışa tab gətirmək və Rusiya qoşunlarına qarşı müqaviməti davam etdirmək üçün Ukraynaya həm maliyyə, həm də hərbi yardım lazımdır. Bununla yanaşı, Kulberqs xəbərdarlıq edib ki, Hörmüz boğazı ətrafındakı vəziyyət fonunda Rusiyanın gəlirlərinin artması Moskvaya müharibəni davam etdirmək üçün əlavə resurslar verə bilər.

Kulberqs həmçinin Kiyevə dəstək məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə olunmasının tərəfdarı kimi çıxış edib.

"Dondurulmuş aktivlər var. Rusiya bütün qaydaları pozur. Bu aktivlər Ukraynanı dəstəkləmək üçün istifadə olunmalıdır", - o bildirib.

44 - Tezliklə