ADY rəsmisi: "Mütəmadi şəkildə stansiyaların fəaliyyəti bərpa edilir"

İnfrastruktur
  • 17 aprel, 2026
  • 11:53
ADY rəsmisi: Mütəmadi şəkildə stansiyaların fəaliyyəti bərpa edilir

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC koronavirus (COVID-19) pandemiyasından sonra mütəmadi şəkildə stansiyaların fəaliyyətini bərpa edir, xidmət coğrafiyasını genişləndirir.

"Report"un Kürdəmirə ezam olunmuş müxbiri xəbər verir ki, bunu ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, məqsəd həm müştəri məmnuniyyətinin artırılması, həm də ölkə ərazisində sərnişinlərin səyahətinin tam dolğun təmin olunmasıdır: "Əvvəllər qatar Bakıdan Kürdəmirə 3 saat 11 dəqiqəyə hərəkət edirdi. İndi isə müddət 2 saat 11 dəqiqədir".

A.Fərəcov qeyd edib ki, sərnişinlər ​gündəlik olaraq Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı qatarları ilə Kürdəmir stansiyasına səyahət edə bilərlər: "Əlavə olaraq həftə sonları fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı və Bakı-Qazax-Bakı qatarları ilə də sərnişinlər Kürdəmir stansiyasına, Bakıya, həmçinin qərb və şimal-qərb bölgələrinə gedə bilərlər".

44 - Tezliklə