Lavrov: "3+3" formatında növbəti görüşün Azərbaycanda keçirilməsi məqsədəuyğundur
- 15 oktyabr, 2026
- 15:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya hesab edir ki, "3+3" formatında xarici işlər nazirlərinin növbəti görüşünün Azərbaycanda, daha sonra isə Ermənistanda keçirilməsi məqsədəuyğundur.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda rusiyalı jurnalistlərinə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən "3+3" formatı Azərbaycan, Gürcüstan və Ermənistanı, həmçinin Rusiya, Türkiyə və İranı birləşdirir.
Lavrov qeyd edib ki, formatın iştirakçıları artıq bir neçə dəfə görüş keçiriblər və indi Ermənistan və Azərbaycanın XİN rəhbərlərinin növbəti görüşünə ev sahibliyi edəcək ölkə barədə razılığa gəlməsini gözləyirlər.
"Hesab edirəm ki, yaxın zamandakı görüşü Azərbaycanda, növbəti görüşü isə İrəvanda keçirmək olar. Bu, düzgün olardı", - Rusiya XİN rəhbəri əlavə edib.