Gəncə Teatrı mövsümü "Dəli yığıncağı" tamaşası ilə başa vuracaq

İncəsənət
  • 20 iyun, 2015
  • 05:33
Gəncə Teatrı mövsümü Dəli yığıncağı tamaşası ilə başa vuracaq

Bakı. 20 iyun. REPORT.AZ/ Gəncə Dövlət Dram Teatrı mövsümü Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşası ilə başa vuracaq.

Teatrdan "Report"a verilən xəbərə görə, 2015-ci ilin mövsümü iyulun 15-də sona çatır.

Gəncə Teatrının kollektivi yay istirahətinə gedir və bu yay qastrol səfərinə çıxmayacaq. Teatr yeni mövsümü sentyabrda "Dəli yığıncağı" tamaşası ilə açacaq.