Azərbaycanlı cazmen Fransada Kolmar Caz Festivalının açılışında çıxış edəcək

İncəsənət
  • 17 iyun, 2015
  • 08:26
Azərbaycanlı cazmen Fransada Kolmar Caz Festivalının açılışında çıxış edəcək

Bakı. 17 iyun. REPORT.AZ/ Sentyabrın 7-də cazmen Emil Əfrasiyabın kvarteti Fransada Kolmar Caz Festivalının açılış konsertində çıxış edəcək. 

"Report" xəbər verir ki, konsert Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunacaq. TEAS-dan bildirilib ki, konsert yerli televiziya kanalı ilə (www.tv7.fr). nümayiş etdiriləcək.

Emil Əfrasiyab 1982-ci ildə Bakıda anadan olub. Onun əsərlərində Azərbaycan muğamı ilə cazın sintezi üstünlük təşkil edir. Bu əsərlərdə intonasiyadakı təzadlar, klassik musiqidə rast gəlinən harmoniya və ritmlər özünü göstərir.

44 - Tezliklə