Azərbaycanın əməkdar artisti beynəlxalq teatr festivalında çıxış edəcək

İncəsənət
  • 19 aprel, 2016
  • 09:59
Azərbaycanın əməkdar artisti beynəlxalq teatr festivalında çıxış edəcək

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynov Moskvada keçiriləcək "Rus klassikası" beynəlxalq teatr festivalında çıxış edəcək.

Bu barədə "Report"a Ş.Hüseynov məlumat verib.

O bildirib ki, "Rus klassikası" beynəlxalq teatr festivalı mayın 21-dən 26-dək keçiriləcək. Ş.Hüseynov festivalda N.V.Qoqolun "Dəlinin qeydləri" mono-tamaşası ilə çıxış edəcək.

Tədbirə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, İspaniya, İsrail və Rusiyadan gəlmiş aktyorlar da qatılacaq.