ADA Universitetində IV Beynəlxalq Festival keçiriləcək

İncəsənət
  • 12 noyabr, 2014
  • 12:57
ADA Universitetində IV Beynəlxalq Festival keçiriləcək

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 14-də ADA Universitetində IV Beynəlxalq Festival keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə ADA-nın mətbuat xidmətinin yaydığı məlumatında bildirilib.

Festivalın keçirilməsində məqsəd müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlər arasında dialoq yaratmaqdır.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən ADA-da təhsil alan beynəlxalq və yerli tələbələr iştirak edəcək.

Festival zaman Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan haqqında məlumat masası, Azərbaycan milli rəqsləri və milli geyimlər də nümayiş etdiriləcək.