Suriyadakı məxfi obyektdən çıxarılan nüvə materialları BAEA-ya təhvil veriləcək
- 11 avqust, 2026
- 04:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Vaşinqton Suriyadakı gizli obyektdən nüvə materiallarının Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) əməkdaşları tərəfindən çıxarılması barədə Dəməşq və İsraillə razılığa gəlib.
"Report"un "Axios" portalına istinadən məlumat;na görə, müvafiq razılaşmalar ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən Suriya və İsrail rəhbərliyi ilə aparılan məsləhətləşmələr zamanı əldə olunub.
BAEA-n;n materialları 2026-cı ilin sonuna qədər çıxaracağı gözlənilir.
Nəşrin mənbələrinin məlumatına görə, obyektdə nüvə materialları, o cümlədən uran konsentratı saxlanılır. İsrail tərəfi obyekti izləyirdi və ona zərbə endirəcəyi ilə hədələyərək materialların çıxarılmasını tələb edirdi.
"Axios" qeyd edib ki, razılaşma Türkiyənin də potensial iştirakı ilə İsrail və Suriya arasında baş verə biləcək mümkün eskalasiyanın qarşısını almağa imkan verib.
Qeyd edək ki, Suriyanın sabiq prezidenti Bəşər Əsədin dövründə ölkədə nüvə proqramı ilə bağlı obyektlər, o cümlədən Deyr-əz-Zor əyalətində reaktor yaradılmışdı. O, 2007-ci ildə İsrail aviasiyası tərəfindən məhv edilib. Bundan sonra Suriyada nüvə fəaliyyəti ilə əlaqədar bir neçə tədqiqat obyekti və anbar mövcud olub.