"Ac həriflər" Bakıya gəlir

İncəsənət
  • 26 may, 2016
  • 03:25
Ac həriflər Bakıya gəlir

Bakı. 26 may. REPORT.AZ/ Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Bakıya qastrol səfərinə gəlir.

Bu barədə "Report"a teatrın baş rejissoru Ər-toğrul Kamalov məlumat verib.

Teatr iyunun 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" tamaşasını nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Ər-toğrul Kamalov, quruluşçu rəssamı, teatrın baş rəssamı Naidə Alimətova, rejissor köməkçisi Mədinə Hacıağayeva, musiqi tərtibatı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Tamaşada keçmiş zamanla müasir dövrün oxşarlıq və fərqlilikləri əks etdirilb.