UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub - YENİLƏNİB
- 27 avqust, 2026
- 21:08
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki bütün rəqibləri müəyyənləşib.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki altı rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Napoli" (İtaliya) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal"la (İspaniya) səfərdə qarşılaşacaq.
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki dörd rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya) və "Borussiya" (Dortmund, Almaniya) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu "Arsenal" və "Mançester Yunayted"lə (hər ikisi İngiltərə) səfərdə qarşılaşacaq.
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki üçüncü rəqibi bəlli olub.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Borussiya" (Dortmund, Almaniya) ilə üz-üzə gələcək.
Bu qarşılaşmada da Bakıda keçiriləcək.
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ikinci rəqibi bəlli olub.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Arsenal"la üz-üzə gələcək.
Bu qarşılaşma İngiltərədə keçiriləcək.
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk rəqibi bəlli olub.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya) ilə üz-üzə gələcək.
Sözügedən matç Bakıda keçiriləcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək. Turnirin final matçı isə 2027-ci il iyunun 5-də Madriddə təşkil olunacaq.