Bərdədə yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB
- 27 avqust, 2026
- 20:04
Bərdədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (qadın) saat 16:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq məlumat verib.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
Bərdə rayonunda avtomobil yaşayş evinə çırpılıb, xəsarət alanlar var.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.
Məlumata görə, idarəermədən çıxan "Changan" markalı avtomobilin yol kənarındakı evə çırpılması nəticəsində tikilinin divarı uçub.
Qəza zamanı evdə olan bir ailənin 3 üzvü - Sevinc, Xədicə və Günel İsmayılzadələr müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.