ÜPİ: Aİ-nin aşağı dəyərli bağlamaların emalı üçün rüsumu milyonlarla istehlakçıya təsir edə bilər
- 07 oktyabr, 2026
- 10:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqının iyulun 1-dən aşağı dəyərli bağlamaların emalı üçün xüsusi rüsum müəyyən etmək niyyətində olması qlobal poçt-logistika sənayesinə ciddi təsir göstərə və milyonlarla alıcıya təsir göstərə bilər.
"Report" xəbər verir ki, bunu Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki Bakıda keçirilən "PostEurop" Baş Assambleyası və Biznes Forumda bildirib.
"Bu rüsum həm ittifaq ərazisində, həm də onun hüdudlarından kənarda milyonlarla istehlakçıya, elektron ticarət sahəsindəki şirkətlərə, poçt operatorlarına, logistika xidməti təchizatçılarına və dövlət qurumlarına təsir edəcək", - M.Metoki vurğulayıb.
Onun sözlərinə görə, bu təşəbbüsün məqsədlərinin, yəni ədalətli rəqabət mühitinin təmin edilməsi, gömrük nəzarətinin gücləndirilməsi və transsərhəd elektron ticarət həcmlərinin sürətlə artması ilə bağlı problemlərin tənzimlənməsinin tamamilə əsaslı olmasına baxmayaraq, bu sahədə sözügedən tədbirlərin praktiki tətbiqi və onların genişmiqyaslı iqtisadi təsiri ilə bağlı suallar hələ də qalmaqdadır.
Xatırladaq ki, bu il iyulun 1-dən Aİ üçüncü ölkələrdən daxil olan və dəyəri 150 avroya qədər olan kiçik bağlamalara 3 avro rüsum tətbiq edib.